Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıətrafı və Abşeron yarımadası yaxın illərdə çirkli sulardan və neft tullantılarından təmizlənəcək.
Trednd-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, bu sahə ümumilikdə 20 min hektarı əhatə edir.
“Hazırda Bakıətrafı və Abşeron yarımadasında 10,5 min hektar ərazidə çirklənmiş sular və neft tullantıları ilə əhatə olunmuş torpaqlar var. Biz belə düşünürük ki, 2025-ci ilə qədər bu ərazilər tam çirkabdan təmzilənəcək və 20 min hektar ərazidə yaşıl zolaqlar salınacaq”.