...

Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxdu, 229 nəfər sağaldı, 5 nəfər öldü

Cəmiyyət Materials 9 İyun 2020 18:16 (UTC +04:00)
Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxdu, 229 nəfər sağaldı, 5 nəfər öldü

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349 200 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti