...

Vətəndaşlar yuxarı tənəffüs yollarına xas olan narahatlıq hiss etdikdə nə etməlidir? - TƏBİB AÇIQLADI

Cəmiyyət Materials 9 İyun 2020 19:54 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Vətəndaşlar özlərində yuxarı tənəffüs yollarına xas olan narahatlıq hiss etdikdə ilk növbədə təcili tibbi yardım xidmətinə müraciət etməlidirlər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, infeksiya aşağı tənəffüs yollarına keçdikdə xəstəlik ağırlaşır. Xəstədə xırıltılar, nəfəs çatışmazlığı varsa, dərhal rentgenoloji müayinələr aparılır.

R.Bayramlı qeyd edib ki, xəstəyə yalnız PSR analizi ilə diaqnoz qoyulur. Xəstədə simptomlar varsa və xəstə insanlarla təmasda olubsa, o şəxslər də həkimə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti