...

Koronavirus Azərbaycanda sərnişin daşımalarının azalmasına səbəb olub

Cəmiyyət Materials 10 İyun 2020 16:31 (UTC +04:00)
Bu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınması azalıb.
Koronavirus Azərbaycanda sərnişin daşımalarının azalmasına səbəb olub

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınması azalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində 601,2 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azdır.

Nəqliyyat sektorunda yük daşınması isə 81,2 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 10,3 fazi azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti