...

Hikmət Babaoğlu: İçərimizdə olan beşinci kalon nümayəndələri ermənilərin lehinə olan addımlar atır

Cəmiyyət Materials 27 İyul 2020 00:20 (UTC +04:00)
Hazırda Azərbaycan bütün milli resurslarını o cümlədən diplomatik və informasiya resurslarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir
Hikmət Babaoğlu: İçərimizdə olan beşinci kalon nümayəndələri  ermənilərin lehinə olan addımlar atır

Bakı. Trend:

Hazırda Azərbaycan bütün milli resurslarını o cümlədən diplomatik və informasiya resurslarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir. Ön cəbhədə olduğu kimi informasiya cəbhəsində də qətiyyətli və tutarlı addımların atılması düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir. Bu prosesdə xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq hüquqla tanınan haqqını tələb edir. Ərazi bütövlüyümüzün bərpa olunmasını istəyir. Bu haqq milli haqqımız, bu dava milli davamızdır.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

"Ancaq təssüf ki , içərimizdə olan beşinci kalon nümayəndələri və xaricdə yaşayan bəzi fəal fərdlər milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atır, bəyanatlar verirlər. Başda Əli Kərimli olmaqla bir qrup radikallar xalqımızın nümayiş etdirdiyi milli birlikdən narahatlıq hissi keçirir, onun qətiyyətinə mübarizə əzminə kölgə salamğa çalışırlar. Xaricdə yaşayan Sevinc Osamanqızı ,Arif Məmmədov ,Vidadi İskəndərli və digər bəziləri azərbaycanlıların keçirdikləri dinc nümayişləri erməilərin prizmasından qiymətləndiriərək onu gözdən saımağa çalışır, gərəksiz və lüzumsuz addım kimi qiymətləndirilər. Belə yanaşma əslilndə xalqımızın milli davasına xəyanətdir.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, müxtəlif internet resurslarında fəal olan bu şəxslər sanki eyni mərkəzədən direktiv almış kimi sinxron hərəkət edir, xalqımızın milli davasını və milli maraqlarını hədəfə alırlar. Son günlər həmin şəxslərin mətbu fəaliyyətlərinin məhz dinc nümayişçilərimizin fəaliyyətinin tənqidinə, onun gözdən salınmasına fokuslanması bir daha onalrın azərbaycanafob mərkəzlərlə sinxron hərəkət etmələrini ortaya qoyur.

Ancaq Azərbaycan xalqının milli yadaşı bütövdür, obyektiv əsaslarda formalaşıb və üzündür. Milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı yadında saxlayır və və lazımi şəkildə cəzalandırmağı bacarır. Bu gün bu cəza ictimai qınaqdırsa, sabah seçki qutularının başnda ona xəyanət edənlərin baykot olunmasıdır. Ona görə də hər kəs əmin olsun ki, xalqımızın nümayiş etdirdiyi bu milli birlik və həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək , ona mane olanlar isə yenə də siyasi sitemimizin autsayderləri olaraq qalacaqlar", - Hikmət Babaoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti