Düşmən tapdağı altında qalan qoruqlarda nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir

Düşmən tapdağı altında qalan qoruqlarda nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bəsitçay və Qaragöl Dövlət Təbiət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət yasaqlıqlarının düşmən tapdağı altında qalması nəticəsində nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir.

AMEA Zoologiya İnstitutundan Trend-ə verilən məlumata görə, artıq 30 ilə yaxındır ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun torpağını, suyunu, atmosferini, dövlət təbiət abidələrini məhv edir, biomüxtəlifliyini - flora və faunasını yarasız hala salır, təbii sərvətlərini talamaqda davam edir. Landşaft müxtəlifliyi baxımından çox əlverişli olan bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir ki, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Bundan əlavə, zəngin fauna müxtəlifliyinə malik bu ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü yayılmışdır ki, onlardan bəziləri hətta “Beynəlxalq Qırmızı kitaba” daxildir. Davamlı inkişaf və ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qoyulan qaydalardan biri də hətta müharibələr belə təbiətdə biomüxtəlifliyinin davamlı inkişaf prosesinə dağıdıcı təsir gostərməməlidir. Lakin Ermənistan işğal etdiyi ərazilərdə ətraf mühit və biomüxtəlifliyin mühafizə edilməsinə dair qəbul edilmiş beynəlxalq hüquq normalarına riayət etmir, əksinə Dağlıq Qarabağ ərazisində tarixən formalaşmış fauna və floranın məhvinə səbəb olur. Bu ərazilərdə qəsdən tez-tez yanğınların törədilməsi biotopların sıradan çıxarılmasına, ərazinin və oradakı su hövzələrinin bilərəkdən kimyəvi maddələrlə çirkləndirilməsi, meşələrin qırılması ekoloji terrordan başqa bir şey deyil:

"Mənfur düşmən, işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasını dünyaya erməni maddi tarixi-mədəniyyət nümunəsi kimi təqdim edir, tarixi saxtalaşdırır. Bundan əlavə, separatçı rejimin nəzarəti altında olan Azıx mağarası nadir yarasa növlərinin sığınacağıdır ki, onlar BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Miqrasiya edən Heyvanların Konvensiyası (CMS) çərçivəsində EUROBATS (Avropa Yarasa Populyasiyalarının Mühafizəsi) Razılaşması ilə beynəlxalq statusla mühafizə olunurlar ki, onlar da bu gün potensial təhlükə altındadırlar. İşğal edilmiş ərazilərdə, həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Safsar, Çay samuru, Qonur ayı, Zolaqlı kaftar, Qamışlıq pişiyi, Çöl pişiyi, Vaşaq, Qafqaz bəbiri, Nəcib maral, Cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iriölçülü nadir məməlilər də az deyil.

İşğal olunmuş ərazilər Avropadan Afrika və Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir. Zəpt olunan sahələrdə yanğınlar zamanı torpağın üst münbit qatının sıradan çıxmasından əlavə burada məskunlaşan heyvanların yanması, quş yumurtalarının, balalarının tələfatına və həmin növlərin yaşayış yeri ilə əlaqəsinin birdəfəlik itirilməsinə səbəb olur. Bu da həmin növlərinin sayının kəskin azalmasına gətirib çıxarır. Bundan əlavə, düşmən öz iqtisadi mənfəəti naminə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmış ayıfındığı növündən ibarət meşələri kütləvi surətdə qıraraq mebel istehsalı üçün Ermənistana göndərir, relikt bitki sayılan, Laçın Dövlət Təbiət Yasaqlığı ərazisində yayılan Qırmızı palıd ağacları mebel və xüsusən də spirtli içki istehsalı üçün istifadə edir və xaricə satır. Ağacları qırarkən və daşıyarkən ağır texnikadan istifadə olunması çəmənlikləri, məhsuldar otlaqları yararsız hala salır, torpaq erroziyasına səbəb olur. Bu gün enerji böhranında boğulan ermənilər yüngül, daşınması asan və daha çox istilik verən Tozağacı meşələrini qıraraq ondan yanacaq kimi istifadə edir ki, məhz bu meşəliklər endemik növlər olan Qafqaz tetrasının və Xəzər ularının yaşayış yerlərini təşkil edir. Belə ki, yeni yaşayış biotopları tapmayan quşlar tələf olur və ya asanlıqla ovçuların qurbanına çevrilir".

Məlumatda qeyd edilir ki, işğal olunmuş ərazilərin 70% - i sürünən heyvanların növ müxtəlifliyinin daha çox olduğu və geniş yayıldığı ərazilərdir. Zoosenozların qida zəncirində əhəmiyyətli mövqe tutan amfibilər və reptililər ekosistemin fauna biomüxtəlifliyinin stabilliyində mühüm rol oynayırlar. Onların məhvi trofik əlaqədə olduqları digər fauna növlərinin də zəifləməsinə və məhv olmasına gətirib çıxarır. Amfibilər və sürünənlər həm də zərərli həşəratları və gəmiriciləri yeyərək məhv etdiklərini də nəzərə alsaq, bu heyvanlar əhali üçün faydalı sayıla bilər. Lakin işğalçı Ermənistanın bu ərazilərə və onun fauna müxtəlifliyinə vəhşi, dağıdıcı münasibəti sözügedən ərazilərdə yaşayan heyvan növlərinin məhvinə gətirib çıxarır. Belə vəhşi münasibət nəticəsində amfibi və sürünən növlərin təbii yaşayış yerləri sıradan çıxır, biotoplar dağılır, nəticədə populyasiyalar zəifləyərək məhv olur, ətraf mühitin çirklənməsi, səngər və qazmaların salınması, hərbi təlimlər və əməliyyatlar zamanı texnikanın hərəkəti kimi narahatedici amillərin təsirinə daha həssas olan amfibi və sürünənlərin yaşayış areallarının dəyişməsinə səbəb olur. Bundan əlavə, faydalı, iqtisadi gəlir verə bilən amfibi və sürünən növlərinin təbii resurslarını talamaqda davam edən mənfur düşmən Göl qurbağasının ətinin Avropada nadir ləzzətli ərzaq məhsulu kimi qiymətləndirildiyi üçün bu növün biznesi ilə məşğul olur, təbii sərvətimizi xaricə ixrac edərək talan edir. Bundan başqa, işğal olunmuş Qarabağ ərazilərində zəhərli ilan növü olan Levantin gürzəsi də geniş yayılmışdır ki, Ermənistanın öz ərazisində bu ilan növünə çox az rast gəlinir. Lakin bu da danılmaz bir faktdır ki, hazırda Ermənistan dünya bazarına qızıldan qiymətli sayılan gürzə zəhəri çıxarmağa cəhd edir. Şübhə yoxdur ki, Ermənistan bu qiymətli tibbi xammalı Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərindən talan edilmiş gürzə ilanları hesabına əldə edir:

"Düşmən, həmçinin Azəbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllərin, çayların tükənməsinə və çirklənməsinə səbəb olur. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaradır. Çay və göl sularının həddindən artıq məişət və kimyəvi maddələrlə çirlənməsi bu sahələrin “ölü zona”ya çevrilməsinə səbəb olur. Bu da həmin sularda yaşayan qiymətli vətəgə əhəmiyyəti olan balıq növlərinin sayının kəskin azalmasına, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi (IUCN), həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı” siyahısına daxil edilmiş nadir balıq növləri və digər hidro resuslar üçün böyük təhlükədir.

Çox təəssüf ki, bu gün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yalnız bəşəri dəyərlərə qarşı deyil, təbiətə, onun canlı sərvətlərinə qarşı da törətdiyi bu terrora dünya dövlətləri və ictimaiyəti hələ də susur! Lakin qüdrətli dövlətimiz artıq belə vəhşiliklərə susmayacaq!".

Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
Loading Bars
Xəbər lenti
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Metronun “Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır (FOTO)
Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər - Kamran Əliyev
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunacaq
Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir (FOTO)
Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir - Tamam Cəfərova
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq
Sabah hava necə olacaq?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri təlimə dəvət edir
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
"Omikron" ştammının mutasiyaları mövcud vaksinlərə qarşı dayanıqlı ola bilər - CDC
Bakıda yaşayış binasındakı yanğın söndürülüb
Yaxın saatlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirildi (FOTO/VİDEO)
Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666-ı azad edilib - İdarə rəisi
Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)
İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi
Helikopter qəzasında şəhid olanların cənazələri vida mərasimi üçün yola salınıb (FOTO/VİDEO)
Daha 60-a yaxın məhkuma Amnistiya aktı şamil olunub (FOTO)
Dekabr ayında hava necə olacaq? - AÇIQLAMA
Dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib
Azər Türk Bank kredit kampaniyasının müddətini uzadıb
Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib
AccessBank Qarabağın dirçəlişinə dəstək olur (FOTO)
Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb (VİDEO)
Bir ildə Azərbaycanda 7600-dən çox şəxs insultdan ölüb - Nazirlik
Ağcabədidə 40-dan çox qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
Bakıda tanışını vuraraq xəsarət yetirən şəxs tutulub
Belarus səfirliyi Azərbaycana başsağlığı verib
Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Britaniya səfiri Tərtərdə minatəmizləmə işləri ilə tanış olub (FOTO)
ABŞ səfiri Azərbaycana başsağlığı verib
Azərbaycan nefti ucuzlaşıb
Ötən gün toylarda karantini pozan 9 nəfər cərimələnib
Laçın Şərqi Zəngəzurun ən abad guşələrindən birinə çevriləcək - Kamaləddin Qafarov
Beyləqanda polis güllələndi
Ceyhun Bayramov ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edəcək
Masallıda evdən çıxan iki koronavirus xəstəsi saxlanılıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Göygöldə “fizika müəllimi” və cinayətkar dəstəsi saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanın neft ixracı azalıb
Ötən gün borca görə 49 nəfər saxlanılıb
Ötən gün küçədə 8 koronavirus xəstəsi aşkarlanıb
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb (FOTO)
Laçına suyun verilməsi təmin edilib (FOTO)
"Omikron" ştammı yoluxmaları artıra bilər - İnfeksionist
Göygöldə “fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edilib (FOTO)
NASA astronavtlarının açıq kosmosa çıxma tarixi məlum olub
Braziliyada "omikron" ştammının ilk halları təsdiqlənib
ABŞ-da mütəxəssislər COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verməyi tövsiyə edib
Meksikanın şərqində qaz partlayışı olub, yaşayış binası tamamilə dağılıb
ABŞ-da məktəbdə atışma nəticəsində xəsarət alanların sayı 8-ə çatıb
ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib
Avropada "omikron" ştammı ilə 44 yoluxma halı qeydə alınıb
ABŞ-da məktəbdə atışma olub, 3 nəfər həlak olub
Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı - Selcuk Bayraktar
Aİ nümayəndəliyinin rəhbəri helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib
Laçının işğaldan azad edilməsindən bir il ötür (VİDEO)
Türkdilli ölkələrin əlaqələri yeni mərhələdə (VİDEO)
İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Brüssel görüşündən gözləntilər nələrdir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
STAR neft emalı zavodu idxalını azaldıb
Qəzaya uğrayan helikopter 24 nəfərlik olub
Güclü duman səbəbindən AZAL-ın təyyarəsi hava limanına qayıtmağa məcbur olub
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan qaz ixracını 34 faiz artırıb
Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Bu il dünya ticarəti 23 faiz artacaq - BMT
Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün imtahan keçirilib (FOTO)
Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz - Elçin Quliyev
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Prezident İlham Əliyev helikopterin qəzaya uğraması ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırıb
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi (VİDEO)
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Bütün xəbərlər