...

Günün pik saatlarında bu marşrutda avtobus sayı artacaq

Cəmiyyət Materials 21 Avqust 2020 14:09 (UTC +04:00)
Günün pik saatlarında bu marşrutda avtobus sayı artacaq

Bakı. Ceyhun Ələkbərov - Trend:

Saray qəsəbəsindəki "Yeni Yol" adlanan əraziyə çəkilən 523 saylı xətdəki avtobusların sayında artım olacaq.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər. Qeyd olunub ki, 523 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan 2-si Saray qəsəbəsindəki "Yeni Yol" adlanan ərazi ətrafındakı sərnişinlərin rahat daşınması üçün hərəkət trayektoriyasını qismən dəyişəcək:

"Nəzərinizə çatdıraq ki, 523 saylı marşrut xətti üzrə avtobuslar əvvəlki qaydada və sxem üzrə işləyəcək. Yeni trayektoriya üzrə isə həmin xəttin 2 avtobusu xidmət göstərəcək. Aşağıda yeni trayektoriya üzrə hərəkət edəcək avtobusların hərəkət cədvəli ilə tanış ola bilərsiniz. Qeyd edək ki, bu gündən etibarən intervalın daha da azaldılması məqsədilə 3-cü avtobusu da pik saatlarda xidmətə təqdim etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti