...

24 saylı avtobusun hərəkət sxemi dəyişdirilib

Cəmiyyət Materials 24 Avqust 2020 10:24 (UTC +04:00)
24 saylı avtobusun hərəkət sxemi dəyişdirilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda yolda aparılan təmir səbəbindən 24 saylı avtobusun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

"Bu səbəbdən 24 nömrəli marşrutun N.Nərimanov m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz - A.Nemətulla - Y.V.Çəmənzəminli – Ə.Əliyev küçələri ilə təşkil edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti