...

Bu istiqamətlərdə xəttə əlavə avtobuslar verilir - RƏSMİ (FOTO)

Cəmiyyət Materials 31 Avqust 2020 17:30 (UTC +04:00)
Bu istiqamətlərdə xəttə əlavə avtobuslar verilir - RƏSMİ (FOTO)

Bakı. Ceyhun Ələbkərov - Trend:

Bakının "Nizami", "Elmlər Akademiyası" və "İçərişəhər" metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişin daşınması üçün əlavə avtobuslar xəttə verilir.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, səhər və axşam - pik saatlarda sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə xəttə əlavə avtobuslar cəlb edilir.

Axşam pik saatlarında metronun "Nizami", "Elmlər Akademiyası" və "İçərişəhər" metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik "BakuBus" avtobusları xidmətə buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti