...

Nazirlik böyrək transplantasiyası olunan və talassemiyalı xəstələrə əlilliyin təyini barədə danışıb

Cəmiyyət Materials 17 Sentyabr 2020 11:52 (UTC +04:00)
Nazirlik böyrək transplantasiyası olunan və talassemiyalı xəstələrə əlilliyin təyini barədə danışıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Böyrək transplantasiyası olunan şəxslərə əksər hallarda 2-ci dərəcə əlillik verilir.

Trend-in məlumatına görə, bunu ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, transplantın vəziyyətindən asılı olaraq şəxsə 1 və 2-ci dərəcə əlillik verilir: “Vətəndaş transplantasiya, hazırkı vəziyyəti haqqında laborator müayinələrlə bağlı agentliyə və ya yerli TSEK-ə müraciət etməlidir. Əksər hallarda 10 iş günü ərzində bu məsələyə baxılır”.

M.Məmmədova qeyd edib ki, yüngül vəziyyəti olan autizmli xəstələrə əlillik təyin edilməsə də, xəstəliyin ağır hallarında şəxsə əlillik dərəcəsi təyin edilir.

Agentlik nümayəndəsi bildirib ki, talassemiyalı xəstələrə əlillik dərəcəsi təyin edilir: “Amma əlilliyin təyini üçün göndərişin yazılmasına görə TSEK məsuliyyət daşımır. Göndəriş səthi yazıldıqda ona imtina cavabı yazıla bilər”.

Xəbər lenti

Xəbər lenti