...

“Həkimlərimizi tanıyın” - yüksəkixtisaslı uşaq cərrahı Vüsal Cəfərov

Cəmiyyət Materials 13 Noyabr 2020 15:21 (UTC +04:00)
“Həkimlərimizi tanıyın” - yüksəkixtisaslı uşaq cərrahı Vüsal Cəfərov

Bakı. Trend:

“Həkimlərimizi tanıyın” rubrikamızda Sizə Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı, uşaqların sağlamlığının keşiyində duran Vüsal Cəfərovu təqdim edirik.

Dr.VÜSAL CƏFƏROV Mərkəzi Gömrük Hospitalında uşaqlarda ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri olan hidronefroz, sidik axarı darlıqları, sidik kisəsi anamaliyaları, kriptorxizm, həzm sistemi anomaliyalarına aid olan qida borusu atreziyası, on iki barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, qaraciyər və dalağın kistik xəstəlikləri, appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları xəstəliklərinin cərrahi müalicəsini həyata keçirir.

Dr.Vüsal Cəfərov 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. Yiyələndiyi sahə üzrə biliklərini artırmaq üçün Vüsal həkim 2011-2016-cı illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində təhsil alaraq uzmanlıq dərəcəsi alıb. Dr.Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi fəaliyyət göstərir.

Sahəsi üzrə daim biliklərini təkmilləşdirən Vüsal həkim müxtəlif mötəbər beynəlxalq və yerli konfrans, seminar və toplantılarda iştirak edir. Bu sırada onun 2012-ci ildə Türkiyə Pediatrik Uroloji Dərnəyin təşkil etdiyi “Urodinamiya və uyğulamaları” konqresi, 2013-ci ildə Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası konqresi, 2015-ci ildə “Cərrahiyyədə çətin sağalan yaralar” mövzusunda elmi praktiki kursu, 2019-cu ildə VI Ümumdünya Uşaq Cərrahiyyəsi konqresi və diqər tədbirləri qeyd etmək olar.

O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr.Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/vusal-ceferov/. Dr. Vüsal Cəfərovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti