...

Sıxlığın həlli üçün çəkilən avtobus zolaqları özü sıxlıq yaradır - Nəzarət gücləndirilməlidir (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2021 10:55 (UTC +04:00)
Sıxlığın həlli üçün çəkilən avtobus zolaqları özü sıxlıq yaradır - Nəzarət gücləndirilməlidir (FOTO)

Bakı. Asif Mehman - Trend:

Ötən ilin dekabr ayından etibarən paytaxtın müxtəlif küçə və prospektlərində avtobus zolaqlarının çəkilişinə başlanılıb.

Trend-in məlumatına görə, zolaqlarının çəkilməsində əsas məqsəd avtobusların sürətli hərəkətinə nail olmaq idi. Artıq bir sıra küçə və prosepektlərdə avtobus xətləri də çəkilib, lakin avtobuslardakı gecikmələr yenə də davam edir.

Gecikmələrin əsas səbəblərdən bir isə həmin küçə və prosepektlərdə avtobus zolaqlarında digər avtomobillərin zolağa daxil olması və həmin zolaq içərisində avtomobillərini saxlamasıdır.

Zolaqların yaratdığı digər bir çətinlik isə əlavə sıxılığa səbəb olmasıdır. Belə ki, Rəşid Behbudov küçəsində isə zolaq çəkilməsi nəticəsində əsas yol darlaşıb.

Sürücülər isə bildirirlər ki, zolağın eni düzgün seçilməyib, daha geniş götürülüb bu da öz növbəsində həmin yolda minik avtomobillərinin sıxlığına səbəb olur.

Qeyd edək ki, qaydalara əsasən xüsusi zolağa icazəsiz daxil olan avtomobil sürücüləri 40 manat cərimə edilir.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti