...

Azərbaycanda məşğulluq xəritəsi hazırlanır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Yanvar 2021 11:05 (UTC +04:00)
Azərbaycanda məşğulluq xəritəsi hazırlanır (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda məşğulluq xəritəsi hazırlanır.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məşğulluğun tamamilə elektronlaşdırılması nəzərdə tutulur. M.Abbasbəyli bildirib ki, məşğulluq xəritəsinin yaradılması məşğulluq sahəsində məlumatların operativ əldə edilməsini, bu sahədə daha effektiv addımdar atılmasına imkan yaradacaq.

Rəqəmsal məşğulluq xəritəsində ərazi məşğulluq proqramlarının icra vəziyyəti, bu qəbildən olan bütün bu məlumatlar əksini tapacaq: “Bu rəqəmsal xəritə ictimaiyyət üçün açıq olacaq. Bu xəritənin tətbiqi ilə biz istənilən bölgə, şəhərlə bağlı bütün məlumatları – demoqrafik göstəriciləri, doğum əmsalları, qadın və kişi sayını, istənilən yaş qrupundakı insanların sayını real vaxt rejimində əldə etmiş ola biləcəyik. Eyni zamanda həmin bölgə üzrə prioritet peşələr və növbəti illərdə hansı peşələrin prioritet olacağı barədə məlumat əldə edə biləcəyik. İnanırıq ki, bu xəritənin tətbiqi müxtəlif istiqamətlərdə həm dövlət, həm də özəl təşəbbüslər üçün bir başlanğıc olacaq”.

Xəbər lenti

Xəbər lenti