...

Doktorantlara hərbi xidmətdən möhlət hüququ verən dəyişiklik növbəti plenar iclasa tövsiyə olundu

Cəmiyyət Materials 4 Fevral 2021 14:26 (UTC +04:00)
Doktorantlara hərbi xidmətdən möhlət hüququ verən dəyişiklik növbəti plenar iclasa tövsiyə olundu

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik ikinci oxunuşda müzakirə edilib. Müzakirələrdən sonra dəyişikliyin ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti