...

Gəncədə qarın təmizlənməsinə başlanıb (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2021 12:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gəncədə fevralın 24-dən yağan qar yollardan təmizlənməsinə başlanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata gförə, şəhərin MKTİB-nin canlı qüvvə və texnikaları dünən axşam saatlarından başlayaraq, yollara qum-duz qarışığı səpir, səkilər və piyada keçidləri qardan təmizlənir.

MKTİB-nin rəis müavini Elşad Əsgərov Trend-ə bildirib ki, yağan qar ciddi fəsadlar törədməyib O, qeyd edib ki, şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib.

Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qar, ərazidən daşınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti