...

Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib

Cəmiyyət Materials 16 Aprel 2021 16:26 (UTC +04:00)
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

Trend-in məlumatına görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında əksini tapıb.

Bu qurbanlardan 89-u qadın, 3-ü kişi, 2 nəfəri uşaqdır. Qurbanların 93 nəfəri Azərbaycan, bir nəfəri Rusiya vətəndaşıdır.

Onlardan 81-i istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti