...

Azad olunan ərazilərdəki "Bəsitçay" və "Arazboyu" qoruqlar birləşdirilə bilər

Cəmiyyət Materials 21 May 2021 15:43 (UTC +04:00)
Azad olunan ərazilərdəki "Bəsitçay" və "Arazboyu" qoruqlar birləşdirilə bilər

Bakı. Samir Əli - Trend:

İşğaldan azad edilən ərazilərdəki qoruqların sərhədlərinin müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

O bildirib ki, mina və partlamamış sursatlardan təmizlənmiş ərazilərdə artıq müəyyən işlər görülüb: "İlkin olaraq "Bəsitçay" və "Arazboyu" qoruqların birləşdirilməsi məsələsi planda var. Bu qoruqlar bir-birinə yaxındır. Ona görə də həmin qoruqların birləşdirilməsi məsələsi var. Hələlik bununla bağlı real addım atılmayıb. Əsas məqsədimiz azad edilən ərazilərdə milli parkların yaradılmasıdır ki, vətəndaşlarımız həmin əraziləri müşahidə edə bilsinlər. Qoruq və yasaqlıqda müəyyən məhdudiyyətlər var. Amma biz işğaldan azad edilən ərazilərdə elə bir mühafizə olunan təbiət ərazisi yaratmaq istəyirik ki, vətəndaşlar ora gedə bilsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti