...

Jurnalistlər binasının komendantı həbs edildi

Cəmiyyət Materials 11 İyun 2021 20:28 (UTC +04:00)
Jurnalistlər binasının komendantı həbs edildi

Bakı. Samir Əli - Trend:

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

Trend-in məlumatına görə, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti