...

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Cəmiyyət Materials 22 İyul 2021 12:28 (UTC +04:00)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Bakı. Trend:

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmçinin 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan
30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu Qərar 2021-ci il 31 iyul tarixindən qüvvəyə minir.

Xatırladaq ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti