...

Azərbaycanda vəzifəli şəxs vəfat edib - FOTO

Cəmiyyət Materials 10 Noyabr 2021 11:57 (UTC +04:00)
Azərbaycanda vəzifəli şəxs vəfat edib - FOTO

Baklı. Çingiz Səfərli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri Orxan Məhərrəmli vəfat edib.

Bu abrədə Trend-ə nazirliyin mətbuat xidmətinn rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, Orxan Məhərrəmli dünən axşam saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, O.Məhərrəmli 6 dekabr 1985-ci ildə doğulub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə “Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB-də kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB-də Kadrlar və kadr hazırlığı şöbəsinin rəis müavini vəzifəsində işləyib. 2018-ci ilin avqustun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti