...

Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək istəyən iddiaçıların nəzərinə!

Cəmiyyət Materials 20 Dekabr 2021 18:08 (UTC +04:00)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək istəyən iddiaçıların nəzərinə!

Bakı. Fərid Zöhrabov -Trend:

19 dekabr 2021-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilib. İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub.

DİM-dən Trend-ə bildirilib ki, danışıq bloku üzrə imtahanın 2021-ci il 25 və 26 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İddiaçıların kompüter proqramının demo versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

https://xaricidil.dim-webinar.info/

İddiaçılara mütləq şəkildə danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

İmtahan sisteminə “Şəxsi kabinet”in istifadəçi adı və şifrəsi ilə daxil ola bilərsiniz. Qeyd edək ki, yalnız imtahan üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın demo versiyası ilə tanış ola bilərlər.

Texniki məsələlərlə bağlı suallarınız olarsa, [email protected] elektron poçt ünvanına məktub göndərə və ya 0124316386 (daxili 117) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti