...

Ötən ay Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb

Cəmiyyət Materials 10 Yanvar 2022 19:37 (UTC +04:00)
Ötən ay Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən ay Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb.

Bu barədə Trend-ə “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Belə ki, 2021-ci ilin dekabr ayında Bakıda kirayə mənzillərin bir kvadratmetrinin qiymətində 3,35 faiz ucuzlaşma müşahidə edilib.

Kirayə mənzillərin bir kvadratmetrinin qiyməti 7,79 manat təşkil edib.

Ucuz mənzillərin orta kirayə qiyməti 406 manat, orta qiymətə olan mənzillərin kirayə qiyməti 702 manat, bahalı mənzillərin orta kirayə qiyməti isə 1460 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti