...

Müdafiə Nazirliyi əhalini partlayış səsləri ilə bağlı təşvişə düşməməyə çağırıb

Cəmiyyət Materials 11 Yanvar 2022 13:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti