...

Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu

Cəmiyyət 22 Yanvar 2022 13:31 (UTC +04:00)
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu

Bakı. Samir Əli - Trend:

Ötən il Bakı şəhəri ərazisində qeydə alınmış 50 qəsdən adamöldürmə cinayətlərinin hamısının açılması təmin edilib.

Trend-in məlumatına görə, bunu Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

"Qəsdən adamöldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb, qəsdən adamöldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınıb ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir", - deyə İ.Abbasov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti