...

Abşeron rayonunda silsilə tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2022 17:35 (UTC +04:00)
Abşeron rayonunda silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətində rayonunun səhiyyə və mədəniyyət işçiləri ilə görüş keçirilmişdir.

Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev ölkədə səhiyyə və mədəniyyət sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışmışdır. RİH başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər sahələrdə olduğu kimi səhiyyə və mədəniyyət istiqamətində də böyük inkişafa nail olunmuşdur. Bildirilmişdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr nəticəsində Azərbaycan COVİD-19 pandemiyasını tamamilə nəzarət altına ala bilmiş və demək olar ki, az itkilərlə bəşəri bəlanın öhtəsindən gəlməkdədir. Ölkəmizdə həyata keçirilən vaksinasiya proseslərinin uğurla reallaşdırıldığını söyləyən başçı vaksinlərin alınıb respublikamıza gətirilməsinin cənab Prezident İlham Əliyevin şəxsi nüfuzunun və əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Respublika ərazisində, o cümlədən Abşeron rayonunda da müasir standartlara cavab verən xəstəxana binalarının tikilib istifadəyə verildiyini, xəstəxanaların maddi-texniki bazasının gücləndirildiyini, dünyanın ən müasir tibb avadanlıqlarının ölkəmizə gətirildiyini və kadr hazırlığı istiqamətində əhəmiyətli tədbirlərin görüldüyünü xatırladan başçı Azərbaycan insanının sağlamlığının qorunması və səhiyyəmizin daha da inkişaf etdirilməsi istiqamətində islahatların həyata keçirildiyini bildirmişdir.

Abşeron rayonunda da səhiyyə və mədəniyyət sahəsində böyük uğurların əldə olduğunu bildirən cənab Abdin Fərzəliyev qeyd etmişdir ki, bütün bunlarla yanaşı müəyyən problemlər də mövcuddur. Rayon ərazisində təcili tibbi xidmət göstərən tibbi briqadaların sayının azlığını vurğulayan başçı bəzi tibb məntəqələrinin və mədəniyyət ocaqlarının binasının müasir standartlara cavab vermədiyini, Aşağı Güzdək və Ceyranbatan qəsəbələrinin Tibb Məntəqələrinin binalarının qəzalı vəziyyat olduğunu, bəzi respublika əhəmiyyətli binaların sənədləşdirilmə prosesinin aparılmadığını qeyd etmiş, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin və aidiyyatı dövlət orqanları ilə perspektivdə birgə görüləcək işlər barədə də məlumat verilmişdir.

Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin drektoru Mehriban Qaralova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin drektoru vəzifəsini icra edən Müslimə Cəfərova çıxış edərək Abşeron rayonunda səhiyyə və mədəniyyət sahəsində əldə olunan uğurlardan, eləcə də mövcud problemlərdən, görülməsi vacib olan məsələlərdən söz açmışlar.

Sonda Abdin Fərzəliyev səhiyyə və mədəniyyət işçilərinə bu şərəfli peşələrində uğurlar arzulamışdır.

***
Abşeron rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasından 10 illiyi qeyd olunmuşdur. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev, SHXÇDX-nın Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə əvvəlcə, Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.

Mərkəzin akt zalında Azərbaycan himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xidmətin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradıldığını və ötən 10 il müddətində böyük naliyyətlərin əldə olunduğunu bildirmişdir. Azərbaycanda ordu quruculuğunun ən yüksək templə həyata keçirildiyini və Silahlı Qüvvələrimizin inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəldiyini önə çəkən başçı qeyd etmişdir ki, biz bunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbə ilə bir daha şahidi olmuşuq. Vətən müharibəsi zamanı çağrışçıların heç birinin evdən aparılmadığını, gənclərimizin könüllü olaraq cəbhəyə yollandığını və döyüşlərdə bir dənə də olsun fərarilik halın baş vermədiyini vurğulayan RİH başçısı bütün bunların cəmiyyətimizin “Dəmir yumruq” ətrafında birləşməsindən, xalqın cənab Prezident İlham Əliyevə olan sarsılmaz inamından və etibarından irəli gəldiyini söyləmişdir. Bu əlamətdar gün münasibətilə Xidmət işçilərini təbrik edən başçı fəaliyyətində fərqlənən SHXÇDX-nın Abşeron rayon şöbəsinin əməkdaşlarına Fəxri Fərmanlar təqdim etmişdir.

***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, ərazi partiya təşkilatlarının sədrlərinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən yığıncaqda Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatının yeni seçilmiş sədri Abbas Əliyev yerli təşkilatın partiya aktivinə təqdim olunub. Əvvəlcə partiyanın qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğllarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev çıxış edərək Azərbaycanda həyata keçirilən partiya quruculuğundan, ölkənin ictimai-siyasi həyatında əldə olunan inkişafdan danışmış, respublikada qazanılan bütün uğurlarda Yeni Azərbaycan Partiyasının və onun sədri cənab Prezident İlham Əliyevin adi ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çartdırmışdır. Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın siyasi təşkilatı olduğunu və bundan sonra da Azərbaycanın gələcəyi, ölkəmizin çiçəklənməsi istiqamətində fəaliyyət göstərəcəyini qeyd edən Abdin Fərəzəliyev xalqımızın ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu dəstəklədiyini qeyd etmişdir.

Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatının yeni seçilmiş sədri Abbas Əliyev də çıxış edərək göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkür etmişdir. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyada təmsil olunmağın böyük şərəf və məsuliyyət olduğunu vurğulayaraq bildirmişdir ki, partiya rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlarıq və tövsiyələrin yerinə yetirilməsi rayon təşkilatlarının bundan sonra da başlıca vəzifəsi olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti