Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 847, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 460, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 132 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 286 364, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 315 399 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 805 594, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 945 147, pozitiv nəticədən sonra buster doza olunanların sayı 220 224 təşkil edir.