...

Kafe və restoranlarda əlavə alınan xidmət haqqı qanunidir? - AÇIQLAMA

Cəmiyyət Materials 31 Mart 2022 17:52 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən kafe və restoranlarda “xidmət haqqı” adı altında əlavə ödəniş tələb olunur. Belə ki, yekun hesabın üzərinə ümumi məbləğin 5-10 faizi də əlavə edilir.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, istehlakçılardan servis xidmətinə görə ödəniş tələb edilməsinin qanuni bir əsası yoxdur.

Ekspert deyib ki, bir çox kafe-restoranlar əvvəlcədən bu barədə müştəriyə heç bir məlumat vermir. Bu pullar vergidən yayındırılır: "Dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət göstərildiyində istehlakçılar özləri əlavə ödəniş edirlər. Müştəri istəsə, xidmətdən razı olduğundan özü ofisianta əlavə ödəniş edə bilər.

Bir məsələni də qeyd edim ki, “xidmət haqqı” tələb etmək qanunla qadağan deyil. Bununla yanaşı, istehlakçı xidmətə görə ödəniş etmirsə, buna görə də heç bir inzibati məsuliyyət daşımır", - deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti