...

Avropa Azərbaycan Məktəbi Gənclik Mallda təşviqat kampaniyası həyata keçirdi (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2022 16:06 (UTC +04:00)
Avropa Azərbaycan Məktəbi Gənclik Mallda təşviqat kampaniyası həyata keçirdi (FOTO)

Bakı. Trend:

2 aprel tarixində AAM-nin Marketing və Qəbul Şöbələri, yuxarı sinif şagirdləri Gənclik Mall ticarət Mərkəzində təşviqat kampaniyası həyata keçirdi. AAM-nin əməkdaşları kampaniya ilə maraqlanan şəxslərə məktəb, təhsil-tədris və qəbul prosesi, eləcə də insanlar üçün maraqlı olan digər mövzularda ətraflı məlumat verdilər. Kampaniya insanların böyük marağına səbəb oldu və məktəb haqqında kifayət qədər dolğun məlumat əldə etdilər.

Məktəbin direktoru Françesko Bankini və şagirdlərin birgə ifasında səslənən müxtəlif nəğmələr insanlar tərəfindən böyük maraq və həvəslə dinlənildi, onlara xoş təsir bağışladı.
AAM komandası təşviqat prosesini uğurla tamamladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti