Bakı. Trend:
İnsan alveri cinayəin ən təhlükəli formalarından biri olaraq qalmaqdadır. Ölkəmizdə insan alverinə qarşı qanunvericilik bazası 2021-ci ildə də təkmiləşdirilib.
Trend məlumatına görə, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim edərkən deyib.
O bildirib ki, pandemiya zamanı iş yerlərinin bağlanması insan alveri risklərini artırmışdı. “Bu baxımdan insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib və dövrün tələbinə uyğunlaşdırılıb”, - deyə o bildirib.