...

Bu gün Bakıda tozun miqdarı normadan 2,2 dəfə çox olub

Cəmiyyət Materials 6 May 2022 18:54 (UTC +04:00)
Bu gün Bakıda tozun miqdarı normadan 2,2 dəfə çox olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı şəhərinin Xətai rayonunda 2,2 dəfə normadan çox olub.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, müşahidə edilən tozlu hava şəraiti lokal xarakterlidir. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır.

G.Məmmədova bildirib ki, küləkli hava şəraiti ilə əlaqədar olaraq, yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti