...

Trend BİA və SOCAR adından yayılan feyk məlumatlarla bağlı Dövlət Xidmətindən AÇIQLAMA

Cəmiyyət Materials 16 May 2022 18:14 (UTC +04:00)
Trend BİA və SOCAR adından yayılan feyk məlumatlarla bağlı Dövlət Xidmətindən AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində "feyk" məlumatlar yayılır. Fırıldaqçılar Trend BİA-nın bannerindən istifadə edərək vətəndaşlara Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) guya sərmayə qoya və ya iş tapa biləcəyi platformaya keçməyi təklif edirlər.

Trend BİA bildirir ki, bu məlumatların agentliyə aidiyyəti yoxdur, heç vaxt saytımızda və ya şirkətin informasiya məhsullarında yerləşdirilməyib.

Vətəndaşları diqqətli olmağa, fırıldaqçıların hiylələrinə uymamağa və lazım gəldikdə hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.

Məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bağlı açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlamada deyilir: “Diqqət! Dələduzlar müxtəlif media ( Trend, APA və s.) resurslarının saxta nümunəsini yaradaraq həmin saytlar üzərindən müxtəlif kampaniyalar, o cümlədən “SOCAR” adından istifadə etməklə müxtəlif investisiya layihələrinə qeydiyyat adı ilə şirnikləndirici fişinq hücumlarını sosial media resurslarında reklam etməyə başlamışdır.

Hər kəsi dələduzluq məqsədi ilə yayımlanan belə paylaşımlara qarşı ehtiyatlı olmağa, belə keçidlər haqda https://blacklist.gov.az domeni üzərindən məlumatlandırmanı həyata keçirərək kibergigiyenamızı birgə gücləndirməyə çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti