...

Şabranın doqquz kəndinə Şollar-Bakı kəmərindən su veriləcək (FOTO)

Cəmiyyət Materials 17 May 2022 14:45
Şabranın doqquz kəndinə Şollar-Bakı kəmərindən su veriləcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrini əhatə edən layihə 3000-dən çox sakinin içməli su problemini həll edəcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək.

Suyun optimal paylanmasını təmin etmək üçün kəndlərdə hər birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilr. İkipilləli nasoslarla anbarlara çatdırılacaq suyun paylayıcı şəbəkələrə ötürülməsi üçün 28 km uzunluğunda müxtəlif diametrli magistral su xətləri çəkilib.

Layihə çərçivəsində 9 kəndin hər birində mərkəzləşdirilimiş şəbəkə yaradılır və bu məqsədlə 38 km xəttin inşası planlaşdırılıb. Eyni zamanda, kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Hazırda anbarlarda və şəbəkə xətlərində tikinti-quraşdırma və sayğaclaşma işləri aparılır. Cari ilin iyun ayında işlərin tam yekunlaşacağı və kəndlərə suyun verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma kəndlərində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Bəzi kəndlərin sakinləri içməli suya olan tələbatlarını Dağ Bilici kəndi yaxınlığındakı Xırmı bulağından istifadə etməklə ödəyib. Lakin son illər bulağın məhsuldarlığı azaldığından kəndlərin tələbatı tam ödənilmirdi. Buna görə sakinlər içməli suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti