...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 20 May 2022 09:52 (UTC +04:00)
Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq: “Mayın 21-i səhər saatlarından etibarən külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

G.Məmmədova əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti