...

Şuşada əsas küçələrin birinə Atatürkün adı verilib (FOTO)

Cəmiyyət Materials 22 May 2022 13:15 (UTC +04:00)
Şuşada əsas küçələrin birinə Atatürkün adı verilib (FOTO)

Bakı. Trend:

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında yazıb.

“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, - diplomat sosial şəbəkə hesabında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti