...

Havada toz dumanı müşahidə olunur

Cəmiyyət Materials 15 İyul 2022 13:35 (UTC +04:00)
Havada toz dumanı müşahidə olunur
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

“Müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır”, - o deyib.

G.Məmmədova qeyd edib ki, küləkli hava şəraiti günün sonunadək davam edəcək: "İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti