...

Azərbaycan məktəbliləri Beynəlxalq Qrinviç Olimpiadasında yüksək nəticə əldə edib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2022 19:53 (UTC +04:00)
Azərbaycan məktəbliləri Beynəlxalq Qrinviç Olimpiadasında yüksək nəticə əldə edib (FOTO)

Bakı. Trend:

Böyük Britaniyanın London şəhərində təşkil edilmiş Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) Azərbaycan məktəbliləri yüksək nəticə əldə edib.

Trend Təhsil Nazirliyinə istinadən xəbər verir ki, final mərhələsində 30 ölkədən 90 layihənin iştirak etdiyi olimpiadada 18 şagirdimiz müxtəlif medallara layiq görülüb.

Olimpiada “Kompüter elmləri”, “Enerji”, “Mühəndislik”, “Ekologiya və ətraf mühit”, “Qısa film” və “Sosial elmlər” kateqoriyaları üzrə keçirilib. Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdi Atilla Cəfərli, “Oxbridge Baku”-nun şagirdi İbrahim Abdullayev “Enerji” kateqoriyası üzrə, Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdləri Murad Seyidzadə və Səid Kərimli isə “Kompüter elmləri” kateqoriyası üzrə qızıl medal qazanıblar.

Həmçinin, şagirdlərimiz müxtəlif kateqoriyalar üzrə 12 gümüş, 2 bürünc medala layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti