...

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa olunub

Cəmiyyət Materials 11 Avqust 2022 09:22 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti