...

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün plan yerlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 16 Avqust 2022 11:24 (UTC +04:00)
Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün plan yerlərinin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

O bildirib ki, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir.

"Ötən il bu rəqəm 83029 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var. Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb. Ötən il plan yeri 49998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur (bax Cədvəl 1). Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur",- deyə M.Abbaszadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti