Bakı. Trend:
Bu yay Fransanı bürüyən isti dalğaları növbəti onilliklərdə daha tez-tez təkrarlanacaq.
Trend-in məlumatına görə, bu barədə "Le Parisien" qəzeti "Meteo France" milli meteorologiya xidmətinin tədqiqatına istinadən bildirib.
Məlumata əsasən, 2022-ci ilin iyul ayı ölkədə qeydə alınan ən quraq ay olub və bütövlükdə yay 20-ci əsrin əvvəlindən bəri ən isti ikinci ay olub. Eyni zamanda, ilin əvvəlindən meteoroloqlar temperaturun anomal yüksək hesab edildiyi 33 gün qeydə alıblar.
"Növbəti illərdə vətəndaşların 80 faizi hər il 16-dan 29 günədək bu cür yaşamaq riski altındadır. Bu, həm gündüz, həm də gecə saatlarına aiddir", - deyə mütəxəssislər xəbərdarlıq edib.