...

Media Reyestri yaxın günlərdə tam fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 12 Oktyabr 2022 11:13 (UTC +04:00)
Media Reyestri yaxın günlərdə tam fəaliyyətə başlayacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Agentlik ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumunun imzalanması zamanı deyib.

O qeyd edib ki, ötən gün baş nazir Əli Əsədov “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nı təsdiq etdi.

“Bununla da islahatların normativ-hüquqi bazası təmin edilmiş oldu. Normativ-hüquqi baxmdan yalnız uyğunlaşdırılmalı olan sənədlər var ki, bunun üzərində də işlər aparılır”, - deyə Ə.İsmayılov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti