...

Zəfər Paradı ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisədir - Rauf Əliyev

Cəmiyyət Materials 8 Dekabr 2022 10:54 (UTC +04:00)
Zəfər Paradı ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisədir - Rauf Əliyev

Bakı. Trend:

10 dekabr 2020-ci il tarixdə Azadlıq Meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş Zəfər Paradı ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisə kimi Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Bu Parad Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bir daha nümayiş etdirdi. Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxış etməsi Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu, bu münasibətlərin dünyada analoqu olmayan, Bir millət-iki dövlət prinsipinə uyğun davam etdiyini göstərdi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir.

Zəfər Paradında çıxış edən Azərbaycan respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər Paradı keçirilir. Mən şox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını işğaldan azad edərək qəhramanlıq səlnaməsi yazdı. Prezident İlham Əliyev 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında qeyd etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” Artıq həmin günün şahidi olduq. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın mənəvi paytaxtı Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.

Düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu. Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, balanslaşdırılmış, müdrik siyasət nəticəsində əldə olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. 2003- cü ildən bu günə kimi hərbi xərclərə ayrılan vəsaitin məbləği 15 dəfədən çox artırılmışdır. Son illərdə yaradılmış 20-dən çox hərbi zavodlarda 1200 addan çox hərbi təyinatlı məhsulların istehsalına başlanmışdır. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uşuş aparatları, ən müsir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemlərini və s. göstərmək olar. Azərbaycan Ordusu maddi-texniki təchizatı baxımından dünya miqyasında nadir ölkələrindən biridir.

Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası və strategiyası artıq dünyanın hərbi cəhətdən qabaqcıl dövlətlərinin diqqətini cəlb edib. Azərbaycan Ordusunun apardığı döyüş üsulları XXI əsrin müharibəsinin üsulları kimi qəbul edilir.

Azərbaycan Ordusu Zəfər Paradda hərbi potensialını nümayiş etdirdi, həm də beynəlxalq aləmə mesajını verdi. Bu Zəfər Paradı ilə Azərbaycan göstərdi ki, ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək Ordumuz var. Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən , düşmənə qalib gələn, ərazi bütövlüyümüzü təmin edən bir ordu kimi paradda iştirak etdi. Bunun böyük tarixi əhəmiyyəti var. İndiyə qədər Azərbaycanda keçirilən paradlarla, bu gün keçirilən paradın ən böyük fərqi də bundadır.

Qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə münasibətilə keçirilən bu Zəfər Paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarada əbədi qalacaq.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti