...

Gələn il Bakı-Sumqayıt dəmiryol xətti üçün 10 əlavə qatar alınacaq

Cəmiyyət Materials 12 Dekabr 2022 12:31 (UTC +04:00)
Gələn il Bakı-Sumqayıt dəmiryol xətti üçün 10 əlavə qatar alınacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Bakı-Sumqayıt dəmiryol xətti üçün 10 əlavə qatar alınacaq.

Trend-in məlumatına görə, bu barədə bu gün jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov məlumat verib.

R.Rüstəmov qeyd edib ki, Bakı-Sumqayıt marşrutu gündə 20-25 min sərnişin daşımaq potensialına malikdir:

“Bu marşrut üçün daha 10 sürətli qatarın alınması planlaşdırılır. Bu günə qədər bu məsələ ilə bağlı razılıq əldə olunub və ilk qatarlar 2023-cü ilin sonuna kimi Azərbaycana gələcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti