...

Bu il miqrasiya üzrə dialoqun inkişaf etdirilməsi baxımından əlamətdar il olub

Cəmiyyət Materials 21 Dekabr 2022 21:15 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının Miqrasiya üzrə Şəbəkəsinin üzvləri arasında onlayn görüş keçirilib.

DMX-dən Trend-ə bildiriblər ki, Xidmət rəisi müvafiq tərəflər arasında miqrasiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verən şəbəkənin səmərəli fəaliyyətini və miqrasiya sahəsində əlaqələndirilmiş qaydada dəstəyini yüksək qiymətləndirib.

Bu ilin miqrasiya üzrə dialoqun inkişaf etdirilməsi baxımından əlamətdar il olduğunu söyləyən Vüsal Hüseynov beynəlxalq tərəfdaşların iştirakı ilə miqrantların rifahının yüksəldilməsi, inklüzivliyin təşviqi istiqamətində əldə edilən nailiyyətləri diqqətə çatdırıb. Bu baxımdan, beynəlxalq təşkilatlarla, xüsusilə də BMT agentlikləri ilə əməkdaşlığı, birgə layihələrin əhəmiyyətini vurğulayıb.

Görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqyev, BMqT-nin əmək mobilliyi və sosial inklüzivlik üzrə baş mütəxəssisi Maykl Nyuson, beynəlxalq ekspert, tədqiqat qrupunun rəhbəri Anna Proxorova çıxış edərək şəbəkə çərçivəsində miqrasiya idarəçiliyi və birgə əməkdaşlıq istiqamətində perspektivlər barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti