...

“Baku Steel Company” QSC-nin ilk rəsmi pərakəndə satış mərkəzi açılıb (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2022 09:30 (UTC +04:00)
“Baku Steel Company” QSC-nin ilk rəsmi pərakəndə satış mərkəzi açılıb (FOTO)

Bakı. Trend:

Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC-nin (BSC) ilk rəsmi pərakəndə satış mərkəzi Bakı şəhəri, N. Nərimanov rayonu, Mir-Cəlal küçəsi 15 (Dərnəgül) ünvanında istifadəyə verilib. Yeni mərkəzin açılışı ilə “Baku Steel Company” QSC Azərbaycanın pərakəndə satış bazarında da rəsmən təmsil olunacaq.

Pərakəndə satış mərkəzi həftənin 6 günü – çərşənbə axşamından bazar gününədək, saat 08:00-17:00 aralığında fəaliyyət göstərəcək.

Texniki təhlükəsizlik qaydalarına tam riayət olunan yeni satış mərkəzində müştərilər “Baku Steel Company” QSC-nin istehsalı olan yüksək keyfiyyətli armatur çeşidlərini müxtəlif diametr və uzunluqda, istənilən sayda və ya çəkidə əldə edə biləcəklər. Mərkəzdə, həmçinin katanka (məftil), xamut, dairəvi çubuqlar, tikişsiz borular, kvadrat və dairəvi pəstahlar və yayma valları kimi məhsulları da almaq olacaq. Məhsullar və onların qiymətləri ilə maraqlananlar [email protected] elektron poçt ünvanına yazmaqla və ya +994 12 4 900 800, +994 51 4 900 800 telefon nömrələrinə zəng etməklə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, bu günədək “Baku Steel Company” QSC-nin məhsullarının satışı şirkət tərəfindən əsasən topdan və korporativ satış üsulu ilə həyata keçirilib.

Xatırladaq ki, “Baku Steel Company” QSC-də hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edilir. 20 ildən artıq fəaliyyəti dövründə nəinki Azərbaycanın, bütün Qafqaz regionunun tanınmış brendinə çevrilən “Baku Steel Company” QSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti