...

Əlilliyi olan şəxslərin işlə təminedilmə prosesini elektronlaşdırırıq - Mustafa Abbasbəyli

Cəmiyyət Materials 5 Yanvar 2023 11:26 (UTC +04:00)
Əlilliyi olan şəxslərin işlə təminedilmə prosesini elektronlaşdırırıq - Mustafa Abbasbəyli
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyi olan şəxslərin işlə təmin olunması əsas hədəflərimizdən biridir.

Bunu Trend-ə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, qanunvericilikdə də əlilliyi olan şəxslərə növbədənkənar xidmətin göstərilməsi qeyd olunub.

"Biz həm özünüməşğulluq, həm də digər tədbirlərimiz çərçivəsində mütəmadi olaraq onlar üçün dəstək mexanizmlərini göstəririk. Vacib vurğulanmalı məqamlarından biri də kvota üzrə iş yeri ilə təmin edilmədir. Ölkədə hazırda kvota üzrə 66 min iş yeri mövcuddur. Bunlardan, demək olar ki, böyük əksəriyyəti dolub. Bu gün iş yerlərinin mütləq əksəriyyəti əlilliyi olan şəxslərimiz və kvota üzrə işlə təmin olunma kateqoriyasına daxil olan digər şəxslərlə əhatə olunub. Kvota üzrə işlə təminedilmə prosesini elektronlaşdırırıq. “Əmək və Məşğulluq“ altsistemi (ƏMAS) çərçivəsində sistemimiz kvota üzrə iş yerlərini avtomatik qaydada müəyyən edəcək. Hər bir işə götürən bu kvotaya riayət etmədiyi təqdirdə sistem avtomatik olaraq işəgötürənlərə bildiriş göndərəcək. İşəgötürənə müəyyən vaxt veriləcək ki, özü bu kateqoriyadan olan şəxslərdən birini işlə təmin etsin. İnanırıq ki, bu sistemin köməyi ilə bu problemi kökündən həll edəcəyik", - deyə idarə heyətinin sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti