...

Çap mediasının inkişafı ilə bağlı strateji plan hazırlanıb

Cəmiyyət Materials 12 Yanvar 2023 12:23 (UTC +04:00)
Çap mediasının inkişafı ilə bağlı strateji plan hazırlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır.

“Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”, - deyə Ə.İsmayılov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti