...

İstinad qaydaları pozulursa, jurnalist Media Agentliyinə müraciət etməlidir - Əhməd İsmayılov

Cəmiyyət Materials 12 Yanvar 2023 13:19 (UTC +04:00)
İstinad qaydaları pozulursa, jurnalist Media Agentliyinə müraciət etməlidir - Əhməd İsmayılov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Ə.İsmayılov qeyd edib ki, istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir. “Əgər jurnalist görür ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti