...

Jurnalistlər media reyestrində olmadan da fəaliyyətlərini davam etdirə bilərlər - Əhməd İsmayılov

Cəmiyyət Materials 6 Fevral 2023 11:49 (UTC +04:00)
Jurnalistlər media reyestrində olmadan da fəaliyyətlərini davam etdirə bilərlər - Əhməd İsmayılov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Media reyestri birmənalı olaraq kimin jurnalist olmasını müəyyən etmir. Jurnalistlər media reyestrində olmadan da azad şəkildə informasiyanın hazırlanması, ötürülməsi və digər jurnalistika prinsipinə uyğun olaraq fəaliyyətlərini davam etdirə bilərlər.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, hansı jurnalistimiz özünü media reyestrində görmək istəyirsə, özünü media reyestrində bəyan edir. “Media reyetstrində bəyan etdikdən sonra dövlətin tətbiq edəcəyi imtiyazlar barədə məlumatlandırılır və həmin imtiyazlar tətbiq olunmağa başlayır”, - deyə o qeyd edib.

Qeyd edək ki, media reyestri 14 oktyabr 2022-ci il tarixindən fəaliyyətə başlayıb.

Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti