...

Magistral yollarda xüsusi yeraltı keçidlərin inşası təklif edilir

Cəmiyyət Materials 3 Mart 2023 14:41 (UTC +04:00)
Magistral yollarda xüsusi yeraltı keçidlərin inşası təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Magistral yollarda xüsusi yeraltı keçidlərin inşa edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Sənəddə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, heyvandarlıqla məşğul olan sakinlərin təhlükəsiz hərəkətinin, örüş və torpaq payı sahələrindən maneəsiz istifadəsinin təmin edilməsi məqsədilə magistral yollarda xüsusi yeraltı keçidlərin inşa edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti