...

Tərtər rayonunun Talış kəndi (FOTO)

Cəmiyyət Materials 19 Mart 2023 13:24 (UTC +04:00)
Tərtər rayonunun Talış kəndi (FOTO)

Bakı. Trend:

Mətbuat nümayəndələrinin işğaldan azad edilən Tərtər rayonunun Talış kəndinə səfəri təşkil edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən gün 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmiş Tərtər rayonunun Talış və Suqovuşan qəsəbəsində olublar. Onlar qəsəbəyə yeni köçürülən 20 ailə üçün yaradılan şəraitlə tanış olublar. Bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak ediblər.

Trend-in əməkdaşı bu gün Prezidentin izi ilə Talış kəndində olub.

Mətbuat nümayəndələri Talışda aparılan əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar. Kənddə 20 ailənin rahat yaşaya biləcəyi, müasir tipli fərdi yaşayış evləri tikilib sahiblərinə təfhil verilib ki, onların hər birinin ümumi tikinti sahəsi 2,620.69 m2, ümumi sahəsi 25, 282.50 m2 olan həyətyanı sahə və ümumi sahəsi 1,200.00 olan 20 tövlə bərpa edilib yenidən qurulub, hər bir ev üçün ümumi sahəsi 54 m² olan fərdi təsərrüfat anbarları inşa edilərək sahiblərinin ixtiyarına verilib. Bunla paralel hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilmişdir (Dekorativ ağaclar, kollar, güllər əkilmiş, hər bir evin həyətində fərdi əkin sahələri yaradılıb).

Kənddə 78 şagird yerlik məktəb binası fəaliyyət göstərəcək. Ikimərtəbəli və mansarlı məktəb binasının tikinti sahəsi 837.80 m2 –dir Təhsil ocağının bütün kommunikasiya sistemləri yenidənqurulub və bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Zirzəmi mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulub. 1-ci və 2-ci mərtəbədə sinif otaqları, tibb otağı, müəllimlər otağı və s. nəzərdə tutulub. 3-cü mərtəbədə (mansard mərtəbəsi) akt zalı və kitabxana yerləşir. Binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilmişdir.Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol meydançası və idman avadanlıqları ilə təchiz edilmiş idman meydançası qurulub.

Bundan başqa 11 uşaq yerlik uşaq bağçasının tikinti sahəsi 413.30 m2-dir. Baxğada bütün kommunikasiya sistemləri yenidənqurulmuş və bina yanğın siqnalizasiya sistemi, rabitə sistemi, videomüşahidə sistemi, fövqalədə hal xəbərverici sistemləri ilə təchiz edilmişdir. Zirzəmi mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulmuşdur. Binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilmişdir. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və 2 ədəd metal konstruksiyalı söhbətgah inşa edilmişdir.

Ikimərtəbəli inzibati bina, Klub-icma mərkəzinin isə ümumi tikinti sahəsi 589.30 m2-dir.

Ümumi tikinti sahəsi 89.30 m2 olan Qazanxanayahər birinin gücü 350000 kkal/saat olan isitmə qazanları və digər bütün lazımi texniki avadanlıqlar quraşdırılıb. Iaşə obyektləri və baş plan üzrə yollar və kommunikasiya xətləri çəkilib. Belə ki, kənddaxili yolların ümumi uzunluğu 4.0 km-dir. Onun, 800 metr olan hissəsinin (mərkəzi yol) yol örtüyü təbii daşlardan qurulub. Daxili yolların digər hissələrinin örtüyü isə asfalt-betondur. Bütün yolların sol və sağ tərəfindən səkilər və onlara paralel olaraq yaşıllıq zolaqları yaradılıb. Yol boyu yaşıllıq zolaqlarına dekorativ ağaclar və kollar əkilib.
Bütün mövcud xarici kommunikasiya sistemləri sökülərək yenidən qurulub. Kəndə yeni qaz xətti çəkilib, yeraltı su çənləri və nasosxana quraşdırılıb.

Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad olunduğu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu xatirə daşı yerləşdirilib. 4 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Tərtər rayonunun Talış kəndində Bayraq Meydanında Azərbaycan bayrağı ucaldılıb. Kənddə aparılan təmir-bərpa işlərinin 1-ci fazası çərçivəsində Bayraq Meydanında abadlıq işləri aparılıb.

Talış kəndinin yüksək nöqtələrindən birində əhalinin asudə vaxtlarını rahat keçirəcəkləri istirahət güşəsi və seyr meydanı tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti